İdman

Videotəkrar sisteminin təhcizatçısı “Mançester Yunayted”dən üzr istədi

19 Fevral 2018 12:57
1 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbolda videotəkrar sisteminin təhcizatçısı "Hawkeye" şirkəti İngiltərənin "Mançester Yunayted" klubundan üzr istəyib. 

Milli.Az goal.az-a istinadən, üzrxahlıq ölkə kubokunda "Haddersfild"lə 1/8 final oyunu zamanı baş vermiş insidentlə əlaqədar olub.

"Haukey" tərəfindən "BT Sport"a təqdim olunan görüntüdəki texniki səhv yanlış qrafikə səbəb olub. Buna görə üzr istəyirik", - VAR rəhbərliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, sözügdən oyunda "Mançester Yunayted"in futbolçusu Xuan Matanın qaydalar çərçivəsində vurduğu qol ləğv olunub. Baş hakim meydanın kənarındakı monitorda görüntüyə baxdıqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar qəbul edib. Rəqibini 2:0 hesabı ilə məğlub edən "qırmızı şeytanlar" 1/4 finala vəsiqə qazanıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.