İdman

“Neftçi”də 2, “Qəbələ” və “Zirə”də 1

19 Fevral 2018 12:16
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XVI turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, üç oyunçu sarı vərəqə limiti, bir futbolçu qırmızı vərəqə üzündən növbəti turu buraxmalı olacaq.

Ən böyük zərbə "Neftçi"yə dəyib. "Sumqayıt"a 0:2 hesabı ilə uduzan bakılılar iki üzvünü itirib. Meydandan qovulan Rəşad Sadıqov ən azı bir qarşılaşmanı buraxacaq. "Zirə" ilə XVII turun matçında İlkin Qırtımov da oynaya bilməyəcək. O, mövsümdə 7-ci vərəqəsini alıb ki, bunlardan biri qırmızı, ikisi isə buna səbəb olan sarılardı. Həmin görüşün cəzasını çəkmiş Qırtımov digər vərəqələrdə 4-ə çatdığı üçün bu duruma düşüb. "Neftçi"də ilk xəbərdarlığını alan İlkin digər vərəqələri "Keşlə"nin heyətində görüb.

"Qəbələ" Qismət Alıyevin xidmətindən məhrum olub. "Zirə"ylə qarşılaşmada özünün 4-cü xəbərdarlığını alan gənc futbolçu XVII turun "Səbail"lə görüşündə istirahət edəcək.

"Qəbələ"ylə matçda önündə sarı vərəqə görən Milan Duriç də cəzalı duruma düşüb. "Zirə"nin legioneri 4-cü dəfə xəbərdarlıq aldığı üçün "Neftçi"yə qarşı oynaya bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.