İdman

Londonda erkən final, “Beşiktaş” möcüzə axtarışında - YENİLƏNİR

20 Fevral 2018 08:10
7 Şərh     Baxış: 2 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ən maraqlı görüşlərindən biri də bu gün oynanılacaq.

Günün ən önəmli və həyəcanlı qarşılaşması Londonda keçiriləcək. "Barselona" "Çelsi"yə qonaq olacaq. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoriti olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olar. Hazırda Premyer Liqada yaxşı günlərini yaşamayan, amma Avrokuboklarda hər zaman mövcud formasının üzərində çıxış edən "zadəganlar"ın yaxşı formada olan "Barselona" qarşısında nə edəcəyi maraqla gözlənilir.

Antonio Konte bu oyunda braziliyalı müdafiəçi David Luizin xidmətindən yararlana bilməyəcək. Timo Bokoyakonun taleyinə isə matç saatında aydınlıq gələcək.

"Barselona"da isə Nelson Semedo sarı vərəqə cəzalısı olduğu üçün meydanda çıxmayacaq.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla izləniləcək. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi "Beşiktaş" möcüzə axtarışına çıxacaq. "Qara qartallar" Münhendə "Bavariya" ilə üz-üzə gələcəklər. Cütün favoriti şübhəsiz ki, almanlardı, amma Şenol Günəşin komandası da səfərə turist kimi yollanmayıb. Türklər imkansızı bacarmaq üçün ikiqat əzmlə çıxış edəcəklər.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

20 fevral

23:45. "Bavariya" - "Beşiktaş"

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

"Alyans Arena", Münhen

23:45. "Çelsi" - "Barselona"

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

"Stemford Bric", London

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.