İdman

"Gördüyüm mənzərə ciddi əhəmiyyət kəsb etmirdi" - Faruk Miya

18 Fevral 2018 22:39
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"in yeni transferi Faruk Miya "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uqandalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

- Debüt etdiyiniz oyun haqda nə deyə bilərsiz?

- Əvvəla qeyd edim ki, burda olmaqdan məmnunam. İlk oyunum olduğuna görə, çətin oldu. Rəqibimiz haqda məlumatım var idi. Çox yaxşı komandadı. Oyun ərzində bir ciddi səhv etdik və nəticədə qol buraxdıq. Amma ümumi götürdükdə, komandamız yaxşı mübarizə apardı. Sadəcə, xalsız qalmağımız bizi üzdü. Elə etməliyik ki, növbəti oyunlarda belə nəticələr təkrarlanmasın, əksinə, qələbə qazanaq.

- "Səbail"in də qol vurmaq üçün şansları oldu, amma istifadə edə bilmədi. Buna görə üzülürsüzmü?

- Razıyam, bizim də fərqlənmək üçün imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Bir az da bəxtimiz gətirmədi. Üstəlik, səhvlərimiz də oldu.

- Belçikada oynayanda "Standart" dolu tribunalar qarşısında çıxış edirdi. Stadionda azarkeşlərlə bağlı gördüyünüz mənzərə sizi üzmədi? Rəqibin azarkeşləri "Səbail"in fanatlarından sayca çox idi...

- "Standart"da dolu tribunalar qarşısında oynamışıq. Ancaq bu gün gördüyüm mənzərə mənim üçün ciddi əhəmiyyət kəsb etmirdi. Meydanda özünə inanırsansa, azarkeşlərin rəqibi daha çox dəstəkləməsi, onları ruhlandırması sənə mane olmur. Vacib olan özünə inanmaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.