İdman

Yığmamız Avstriyada birinci oldu

18 Fevral 2018 22:33
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Milli.Az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov "qızıl", Telman Vəliyev "gümüş", Vüqar Şirinli isə "bürünc"ə sahib olub.

Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.