İdman

"Roma"nın idman direktoru: "Salahı satmağa məcbur idik"

15 Fevral 2018 19:54
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın idman direktoru Ramon Monçi 2017-ci ilin yayında Məhəmməd Salahı "Liverpul"a satmaq məcburiyyətində qaldıqlarını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı funksioner bunları deyib:

"Liverpul" Salaha görə 32 milyon avro birbaşa, 3 milyon isə bonus təklif etmişdi. Digər bonuslar da nəzərə alınmaqla onun transferindən 50 milyon avro qazana bilərdik. İndi başa düşürəm ki, daha artıq qazancımız ola bilərdi. Onun qiyməti 2 dəfə artıb. Amma həmin vaxt klubun maliyyə durumuna görə Salahı satmaq məcburiyyətində idik".

Misirli hücumçu bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb və 22 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.