İdman

"Problem otun özündə yox, rəngindədir" - Gəncə stadionun direktoru

15 Fevral 2018 19:06
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər stadionun direktoru Cabir İbrahimov stadionun ot örtüyünün saralması ilə bağlı mətbuatda yayılan xəbər və fotolara münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, qol.az-a açıqlamasında məlumatı təsdiq edib. İbrahimov bildirib ki, ot örtüyünə cavabdehliyi başqa şirkət daşıyır və onlar da qazonun saralmasını normal hesab edirlər:

"Stadionun ot örtüyünün salınmasına cavabdeh "Aqrosport" şirkətidir. Həmin işləri icra etmək üçün onların bizdə nümayəndəsi var. Hər şeyə özləri nəzarət edirlər. Bizə verdikləri məlumata görə, belə olmalıdır. Havanın soyuq keçməsi və qazonun altında istilik sistemlərinin olmaması səbəbindən ot örtüyü saralıb".

İbrahimovun sözlərinə görə, qazonun hazırkı durumu oyunların keçirilməsinə problem yaratmayacaq. Hətta o, nə qədər maraqlı səslənsə də, növbəti aydan ot örtüyünün yenidən əvvəlki rənginə qayıdacağını bildirib: "Vaxtı-vaxtında qazona qulluq göstərilir. İşçilər hər gün gəlib nəzarət edirlər. Bu, oyunların keçirilməsinə mane olmayacaq. Çünki problem otun özündə yox, rəngindədir. Yəqin ki, növbəti aydan rəngi düzələr, yəni, yaşıllaşar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.