İdman

Koutinyo Portuqaliya vətəndaşı olacaq

15 Fevral 2018 18:50
0 Şərh     Baxış: 791

"Barselona"nın yeni transferi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Braziliyalı yarımmüdafiəçinin həyat yoldaşı Portuqaliya vətəndaşıdır. Cütlük artıq 3 ildir evlidir. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər. Futbolçu Portuqaliya vətəndaşlığını alsa, "Barselona"da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.

La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. "Barselona"da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə "Barselona" daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.