İdman

"Hakim "Real"a kömək etdi" - PSJ prezidenti

15 Fevral 2018 14:52
15 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Real"a 1:3 hesablı məğlubiyyəti şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, görüşün hakimi Canluka Rokkini Madrid klubuna kömək etməkdə günahlandırıb: "Hakim öz işini düzgün yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Haqsız nəticədir. İkinci hissədə daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Mbappe oyundankənar vəziyyətdə deyildi. Hakim səhvləri bizə baha başa gəldi. Hakim "Real"a kömək etdi".

O bildirib ki, daha cavab matçı haqda düşünməlidirlər: "Doğma meydanda azarkeşlərimiz önündə oynayacağıq. Növbəti mərhələyə yüksələ bilərik. Bunun üçün hər şeyi edəcəyik. "Real"la matç çətin olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.