İdman

Qış Olimpiya Oyunlarında daha 4 növ üzrə qaliblər müəyyənləşib

15 Fevral 2018 14:29
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında daha 4 növ üzrə qaliblər müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, kişilər arasında snoubordun kross yürüşündə fransalı Pyer Volte qızıl medal qazanaraq, ikiqat olimpiya çempionu olub. Avstraliyalı Carrid Hyuz ikinci, ispaniyalı Rexino Ernandes isə üçüncü yeri tutub.

Kişilərin dağ xizəyi üzrə sürətli eniş yarışında norveçli Aksel Lund Svindal da bütün rəqiblərini üstələyərək, ikiqat olimpiya çempionu olub. Onun həmyerlisi Hyetil Yansurd gümüş, isveçrəli Bit Foyts isə bürünc medal əldə edib.

Qadınların dağ xizəyi üzrə böyük slalom yarışında isə ABŞ idmançısı Mikaela Şiffrin qızıl medal qazanıb. Norveçli Raqnhild Movinkel fəxri kürsünün ikinci, italiyalı Federika Brinyone isə üçüncü pilləsinə yüksəlib.

Norveçli xanım idmançı Raqnil Haqa isə 10 km məsafəyə sərbəst üsulla xizəksürmə yarışında olimpiya çempionu olub. İsveçli Şarlott Kall gümüş, eyni göstəriciyə malik norveçli Marit Byorgenlə finlandiyalı Krista Pyarmyakoski isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.