İdman

Azərbaycan Kubokunun final oyunu Respublika gününə düşməyəcək

15 Fevral 2018 14:34
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə report-a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək. 

Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. M.Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb. Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.