İdman

Ronaldu: "Bizi Parisə çətin səfər gözləyir"

15 Fevral 2018 14:06
0 Şərh     Baxış: 1 057

Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununa çıxan "Real" evdə PSJ klubuna 3:1 hesabıyla qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçda Madrid klubunun 2 qolunu vuran Ronaldu Parisdə də qalib gəlməyə çalışacaqlarını bildirib.

"Azarkeşlər bizə çox kömək etdi, onların hərarətini hiss edirdik. Belə də olmalı idi. Marselonun qolu olduqca böyük əhəmiyyət daşıyırdı. O, əla oyun keçirdi və fərqlənməyə layiq idi. Mən dubla imza atdım. Komandanın qollar vurub qalib gəlməsi xüsusi bir hadisədir.

PSJ ilə qarşıdurmanın taleyi hələ həll olunmayıb. Bizi Parisə çətin səfər gözləyir. Növbəti mərhələyə rahat keçmək üçün qollar vurub qələbə qazanmalıyıq. Vacib qalibiyyət əldə etdik. "Real"ın Çempionlar Liqasında zəngin təcrübəsi var. Oyunun sonlarında gələn 2 qol sayəsində cavab görüşü öncəsi yaxşı üstünlük qazandıq".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.