İdman

Yığmamız Avropa Kubokuna 17 cüdoçu ilə yollanır

15 Fevral 2018 11:50
0 Şərh     Baxış: 436

Fevralın 17-də Avstriyanın Overvart şəhərində cüdo üzrə Avropa Kuboku start götürəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamızın məşqçilər korpusu kişilər arasında baş tutacaq turnirdə 17 idmançıya şans verəcək. Bunlar Mehman Sadıqov, Kəramət Hüseynov, Tofiq Məmmədov, Sadiq Məhərrəmov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (hamısı 90 kq), Zelim Kotseyev, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanovdu (hər ikisi +100 kq).

Turnirə 43 ölkədən 323 cüdoçunun qatılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.