İdman

"Çelsi"nin "Qarabağ"ı udması bizə zərbə olmadı"

15 Fevral 2018 10:55
0 Şərh     Baxış: 740

Bizim üçün bu mövsüm Çempionlar Liqası uğurlu olmadı.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone Danimarka "Kopenhagen"i ilə bu gün səfərdə keçirəcəkləri Avropa Liqasının ilk 1/16 final matçından əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, Çempionlar Liqasında son 5 mövsümdə iki dəfə finala və bir dəfə yarımfinala çıxdıqdan sonra komandasının qrupda qalması gözlənilən idi:

"Ardıcıl uğurlardan sonra biz pis rol oynamalı idik. Yenidən Çempionlar Liqasına qatılsaq, bu amil bizə işimizin öhdəsindən daha yaxşı formada gəlməyimizə yardım edəcək".

Simeonenin fikrincə, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində zərbəni İngiltərədə "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri son tur matçında almayıb:

"Zərbə özü yetişdi və bu, tamamilə təbii baş verdi. V turda "Çelsi" "Qarabağ"ı, biz isə "Roma"nı yendik. Lakin bunadək baş verənlər bizə təsirsiz ötüşməmişdi".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında C qrupunu 7 xalla 3-cü pillədə başa vurub. 2 xalla sonuncu olan "Qarabağ"a qarşı hər iki görüş heç-heçə (0:0, 1:1) ilə yekunlaşıb. Nəticədə "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirməli olub. Çempionlar Liqasında 1/8 finala isə İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandaları yüksəlib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.