İdman

Hümbətov Makedoniya klubundan ayrıldı, Çernoqoriyaya üz tutdu

15 Fevral 2018 09:29
0 Şərh     Baxış: 557

Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq üzvü Tural Hümbətov Makedoniyanın "Pobeda" klubu ilə yollarını ayırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, qış fasiləsindən sonra yenidən bu klubun düşərgəsinə qayıdan, təlim-məşq toplanışında da iştirak edən futbolçumuzun Makedoniya təmsilçisindən ayrılmasının səbəbləri bəlli deyil.

Hümbətov artıq özünə yeni klub da tapıb. O, Çernoqoriyanın "Deçiç" klubuna üz tutub. Böyük ehtimalla futbolçumuz mövsümün qalan hissəsini məhz Çernoqoriya çempionatında davam etdirəcək.

Qeyd edək ki, "Deçiç" Çernoqoriya çempionatında 19 turdan sonra cəmi 15 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Tuzi təmsilçisində vaxtilə AZAL-ın şərəfini qorumuş qapıçı Stanislav Namaşko da çıxış edir.

Hümbətov "Pobeda"ya 2017-ci ilin yayında keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.