İdman

"Bavariya" Rodrigesi birdəfəlik almaq istəyir

15 Fevral 2018 09:38
0 Şərh     Baxış: 676

"Bavariya" rəhbərliyi komandada icarə əsasında çıxış edən Hames Rodrigesin transfer hüququna birdəfəlik sahib olmaq niyyətindədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Almaniya klubu bu məqsədlə indidən "Real"la danışıqlara başlayıb.

Transfer hüququ Madrid təmsilçisinə məxsus olan kolumbiyalı yarımmüdafiəçi ötən ilin yayında "Bavariya"ya 2 illik icarəyə verilib. Onun transfer qiyməti 70 milyon avro olaraq dəyərləndirilir.

Qeyd edək ki, Rodriges "Bavariya"da 24 oyunda 4 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.