İdman

Bu gün "Qarabağ"ın qurbanları üz üzə gələcək

15 Fevral 2018 09:05
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, qitənin müxtəlif ölkələrində ümumilikdə 15 matç baş tutacaq. "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Kopenhagen"lə qrupda hər iki qarşılaşamada heç-heçə etdiyi "Atletiko" Danimarkada üz-üzə gələcək.

Gecənin görüşlərindən "Borussiya" - "Atalanta", "Spartak" - "Atletik", "Lion" - "Vilyarreal" və "Napoli" - "Leyptsiq" duelləri də maraq doğurur.

Qeyd edək ki, 1/16 finalın ilk oyunu fevralın 13-də Serbiyada "Srvena Zvezda" ilə Rusiyanın MOİK komandaları arasında olub və qalib müəyyənləşməyib - 0:0.

Avropa Liqası 1/16 final, ilk oyunlar

15-16 fevral
20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)
22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)
22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə)
22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)
22:00. "Real Soseydad" (İspaniya) - "Zalsburq" (Avstriya)
22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya)
00:05. "Styau" (Rumıniya) - "Latsio" (İtaliya)
00:05. "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)
00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)
00:05. AEK (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna)
00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)
00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)
00:05. "Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.