İdman

10 yaşlı Sumeyra Qahirədə qalib oldu - FOTO

14 Fevral 2018 20:52
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görulən Sumeyra Xəlilova bürünc medal qazanıb. Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğuru idi.

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, S.Xəlilova idmandakı uğuru ilə yanaşı, dərslərində də çox fəaldır. 10 yaşlı soydaşımız artıq bir neçə dildə sərbəst danışır. S.Nəsirov azyaşlı soydaşımızın valideynləri ilə görüşərək onları təbrik edib və diaspor təşkilatı olaraq onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.