İdman

"Tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək"

14 Fevral 2018 19:57
0 Şərh     Baxış: 1 014

"Barselona" və "Lion"un sabiq hücumçusu Sonni Anderson həmyerlisi Neymar haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 47 yaşlı eks futbolçu onun şəxsi həyatı və oyun tərzini tənqid etməməyi məqsədəuyğun sayıb.

"Mənə elə gəlir ki, insanlar Neymarı tanımır. "Santos" və "Barselona"da oynadığı vaxt məzəmmət olunduğu hərəkətləri indi PSJ-də edir. Neymar rəqib futbolçularını aldadıb onları təxribata çəkməyi sevir. Sanki onun oyununu əvvəl görməmişdilər. Şəxsən mən onun Fransa çempionatında olması və öz futbolunu oynamasına sevinirəm.

Neymar dünyanın ən yaxşı 3 futbolçusundan biridir. Onu da başqaları kimi mühakimə etməliyik. Məsələn, bu futbolçunu pis oyununa görə tənqid etmək olar. Təxribat və şəxsi həyatına görə yox. Bu tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.