İdman

“Renat Dadaşov heç bir perspektiv vəd etmir”

14 Fevral 2018 20:56
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Ayntraxt"da işləri yolunda getmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, U-19 komandasında çıxış edən futbolçunun əsas heyətə keçmək şansı get-gedə azalır.

"Ayntraxt"ın aşağı yaş qruplarından ibarət komandalarındakı problemlərdən bəhs edən məqalədə klubun gələcəyinin heç də parlaq görünmədiyi vurğulanıb. Xüsusən də, əsas komanda üçün baza sayılan U-19-un hazırkı durumu ürəkaçan deyil.

Həmkarlarımız bu gedişlə Renat Dadaşov da içlərində olmaqla, bir neçə futbolçunun tezliklə "Ayntraxt"dan yola salınacağını düşünürlər: "Noel Knot, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuter kimi gənc futbolçular peşəkar müqavilə bağlasalar da, yaxşı mövsüm keçirmirlər və inkişaf etmirlər. Bu, onlar üçün böyük problemdi. Çünki bu futbolçular gələn mövsüm üçün heç bir perspektiv vəd etmirlər. Onların əsas komandaya yüksəlmək və sıçrayış etmək şansları çox azdı. Artıq U-23 komandası olmadığından, onlar oyun praktikasından da əziyyət çəkəcəklər. Belədə adıçəkilən futbolçuların bir çıxış yolları qalır: "Ayntraxt"ı tərk etmək və oynaya biləcəkləri komandaya keçmək".

Qeyd edək ki, ötən yay "Leypziq"dən "Ayntraxt"a keçən Renat Dadaşovun Frankfurt təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.