İdman

"Heç-heçə bizim üçün yaxşı nəticədir"

14 Fevral 2018 14:54
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Matç ərzində oyuna daha çox biz nəzarət etdik. İquainin ilk qolu ofsayd idi. 0:2 hesabı ilə geri düşdükdən sonra komandam yaxşı oyun nümayiş etdirdi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk oyundan (2:2) sonra deyib.

"Futbolda bir az da şansa ehtiyac var. "Yuventus" 2:0 hesabı ilə  irəlidə olmağa layiq deyildi. İkinci hissədə yaxşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir" - deyə o bildirib.

M.Pokettinə 1/4 finala yüksələcək komandanın adının hələ müəyyənləşmədiyini bildirib: "Yuventus" güclü heyətə sahibdir. İkinci matç çox çətin olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.