İdman

Mourinyo: ""Liverpul" kiçik klubdur"

14 Fevral 2018 23:18
0 Şərh     Baxış: 1 317

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqadakı əzəli rəqibi olan "Liverpul" haqda açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında "qırmızılar"ı kiçik klub adlandırıb. Mourinyo mersisaydlıların sabiq baş məşqçisi Rafa Benites barədə isə xoş sözlər səsləndirib:

"Rafa Benites şübhəsiz ki, əla çalışdırıcıdır. O, Çempionlar Liqasını mənim kimi kiçik klubda qazanmağı bacardı. Mən "Porto" ilə, Benites isə "Liverpul"la qalib olmuşdu".

Qeyd edək ki, 5 dəfə ÇL-in qalibi olan "Liverpul" bu baxımdan İngiltərədə bu titula ən çox sahib olan klubdur. Benites 2005-ci ildə "Liverpul"a Çempionlar Liqası turnirinin kubokunu qazandırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.