İdman

"Madriddə möhtəşəm oyun sərgiləyəcəyik"

14 Fevral 2018 13:23
3 Şərh     Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionalr Liqasında 1/8 final mərhələsi çərçivəsində PSJ səfərdə "Real"ın qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmadan öncə parislilərin müdafiəçisi Markinyoz fikirlərini açıqlayıb. Təcrübəli futbolçu mərhələ adlamaq üçün mübarizə aparacaqlarını deyib:

"Bunun böyük bir meydan oxuma olacağını düşünürəm. Ən üst səviyyəli bir rəqiblə qarşılaşdığımızda 150 faiz hazır olmaq və bütün enerjimizi meydanda göstərmək məcburiyyətindəyik. Madriddə qələbə qazanmaq üçün qüsursuz bir performans göstərməliyik. Mənim üçün dünyanın ən yaxşı hücumçularına qarşı oynamaq zövq verəcək. Ağlımdakı tək şey yaxşı oyun ortaya qoymaq və azarkeşlərimizin üzünü güldürməkdir. Çempionlar Liqasındakı təcrübələrimiz dəyişib. Ötən mövsüm "Barselona"ya qarşı iki fərqli matç oynadıq. Amma bu iki matçdan çox şey öyrəndik. Bu oyunlar böyüməyimizə və özümüzü inkişaf etdirməyə kömək etdi. Sadəcə mənim yox, bütün komandamızın.

Çempionlar Liqası çox özəl bir yerdi. Liqa 1-də etdiklərimiz Avropada heç bir önəm kəsb etmir. Məsələn İngiltərə Premyer Liqası gərgin mübarizənin getdiyi bir çempionatdı. Amma ingilis klubları ÇL-də çox tez-tez uğur qazanmırlar. Bizim də Liqa 1-in zirvəsində olmağımızın "Real" qarşısında heç bir önəmi yoxdu. Bu cütlük fərqli çempionatlardan iki güclü komandanı üz-üzə gətirəcək.

Madriddə möhtəşəm oyun sərgiləyəcəyik. Mərhələni keçmək istəyiriksə, səhv etməməliyik. Çox çətin oyun olsa da, özümüzə inanmalı, komanda oyunu göstərməliyik. Nələr edəcəyimizi və fəlsəfəmizi bilirik. Sadəcə bunları Madriddə həyata keçirmək qalır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.