İdman

“Marca”: “Qarabağ”ın qurbanlarının qarşılaşması”

14 Fevral 2018 12:23
0 Şərh     Baxış: 1 616

Sabah Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində "Atletiko" "Kopenhagen"in qonağı olacaq.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu oyunla bağlı İspaniyanın "Marca" nəşri maraqlı başlıqla yazı hazırlayıb. İspan həmkarlarımız oyunla bağlı yazını "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlığı ilə təqdim edib.

Yazıda "köhlən atlar"ın "Atletiko"nu Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu qeyd edilib.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam təmsilçisi ÇL-in pley-off mərhələsində isə "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.