İdman

“Sumqayıt”a Azərbaycan millisi üçün keçsə də...

14 Fevral 2018 20:38
0 Şərh     Baxış: 629

2012-13 mövsümündə "Sumqayıt"ın formasını geyinmiş Ərdal Çəlik karyerasını bitirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçini buna ağır zədə məcbur edib.

Son klubu Almaniyanın aşağı liqa təmsilçisi "Vixttal" olan Çəlik ötən ilin oktyabrında aldığı zədədən sonra əməliyyat olunsa da, həkimlər onun karyerasını bərpa etməsinin riskli olduğunu bildiriblər. O, yerli mətbuata açıqlamasında artıq məşqçi kimi fəaliyyət göstərəcəyini söyləyib: "Futbola qayıtmaq üçün çox çalışsam da, həkimlər oynayacağım təqdirdə daha ağır fəsadların olacağını bildirdilər. Ancaq uşaqları yaxşı şəkildə yetişdirə biləcək məşqçi ola bilərəm".

Yazıda Türkiyə əsilli oyunçunun "Sumqayıt"da keçirdiyi dönəm də yada salınıb. Maraqlıdı ki, onun həmin vaxt Azərbaycan millisinə dəvət almaq üçün "gənclik şəhəri" təmsilçisinə keçdiyi vurğulanıb. Lakin karyerası uğurlu alınmayan futbolçu ölkəmizdə çox qalmayıb.

Qeyd edək ki, 2012-ci ilin yayında "Bucaspor"dan "Sumqayıt"a üz tutan Ərdal Çəlik cəmi 2 matçda meydana çıxıb və daha sonra "Homburq"a yollanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.