İdman

Neymar 2019-cu ildə "Real" keçəcək?

14 Fevral 2018 13:59
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gətirilir.

Milli.Az goal.az-a xəbər verir ki, "Mundo Deportivo" nəşri braziliyalı futbolçunun 2019-cu ilin yayında Madrid klubuna keçəcəyini ehtima edib. Mənbənin yazdığına görə "sambaçı" İspaniya La Liqasını daha baxımlı hesab edir.

Neymar Primerada oynamaqla "Qızıl top" şanslarının artacağını güman edir. "Real"ın prezidenti Florentino Perez ulduz futbolçunun "Barselona"ya keçməzdən öncə (2013) transfer etməyə çalışmışdı. Həmin vaxt Dani Alveşin də təsiri ilə Neymar katalon klubunu seçmişdi.

2019-cu ildə "Real"ın əsas qol silahı Ronaldunun 35 yaşı olacaq. Beləliklə, onu daha gənc futbolçu ilə əvəzləmək asanlaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.