İdman

Cənubi Koreyadan KXDR-ə JEST: "Atılan addımlar sülhə qapı açır"

14 Fevral 2018 11:56
0 Şərh     Baxış: 672

XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb. Qərarda bildirilir ki, atılan addımlar Koreya yarmadasında sülhə qapı açır: "KXDR-in nümayəndə heyətinin Oyunlarda iştirakı onların sülhsevər davranışlarını nümayiş etdirmələri, koreyalılar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsətdir və Koreya yarmadasında sülhə qapı açır".

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən KXDR Cənubi Koreyaya qarşı mülayimlik nümayiş etdirməkdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.