İdman

Zidan PSJ ilə oyundan danışdı

14 Fevral 2018 09:51
2 Şərh     Baxış: 1 573

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah PSJ-yə qarşı keçirəcəkləri görüş barədə danışıb. 

Milli.Az qol.az-istinadən xəbər verir ki, fransız mütəxəssis Ronaldo və Neymarı müqayisə etməyin düzgün olmadığını bildirib:

"Biz irəli qaçmırıq, yalnız sabahkı oyun barədə düşünürük. Rəqibimizin fransız klubu olması heç nəyi dəyişmir. Hazırda məni yalnız PSJ-yə qarşı yaxşı oynamağımız maraqlandırır. 

Bəli, mən Marseldənəm və PSJ hər zaman bizim prinsipial rəqibimiz olub. Lakin hazırda məni "Real"ın uğurları düşündürür. Ümid edirəm ki, baxımlı matça şahidlik edəcəyik. Taktiki sxem önəmli deyil. Əsas olan göstərəcəyimiz oyundur. Komandamız görüşə tam hazırdı. 

Həm Ronaldo, həm də Neymar möhtəşəm oyunçulardı. Portuqaliyalı inanılmaz uğurlara imza atıb və 5 "Qızıl top" qazanıb. Odur ki, indi bu futbolçuları müqayisə etmək düzgün olmazdı. Neymara qarşı xüsusi planımız var? Şərhsiz. 

Şanslar bərabərdir. Bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. İnanıram ki, sabah onları sevindirəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    MESSİ · 14 Fevral 10:2202

    İsyerdim ZIDANA gore real udsun.ancaq psj udacaq

    Cavab yaz
  • Anonim
    Loğman · 14 Fevral 10:5430

    Sağol zidan qelebe bizimdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.