İdman

Heç kimin bacarmadığını Keyn etdi

14 Fevral 2018 07:43
0 Şərh     Baxış: 1 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunda "Tottenhem"lə qarşılaşan "Yuventus" cari ildə ilk məyusluğunu yaşayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi 2018-ci ildə ilk dəfə qapısında qol görüb.

Qarşılaşmanın 35-ci dəqiqəsində Harri Keynin fərqləndiyi epizod ötən ilin dekabr ayının 30-dan sonra Bufonun qapısında gördüyü ilk, həmin ilin noyabrın 22-dən bəri isə 2-ci qoldu.

Bu müddətdə 17 oyun keçirən və 14 qələbə qazanan "qoca sinyora" Avropanın Top Liqaları arasında ən yaxşı göstəriciyə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.