İdman

DÇ-2018: Almaniya və İspaniyanın səfər formaları internetə “sızdı” - FOTO

13 Fevral 2018 22:36
0 Şərh     Baxış: 579

DÇ-2018-də çıxış edəcək Almaniya və İspaniya millilərinin yeni formalarının fotoları internetdə yayımlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hər iki yığmanın mundialda çıxış edəcəkləri əsas dəstlər daha əvvəl nümayiş etdirilsə də, bu dəfə səfər formaları ortaya çıxıb.

Son dünya çempionu "bundestim" ikinci forma kimi yaşıl rənglərin üstünlük verildiyi dəstdən yararlanacaq. Köynəyin üstündə isə qara və boz rəngli ornamentlər olacaq.

İspaniya millisi isə ağ əsaslı narıncı cizgiləri olan köynəkdə meydana çıxacaq.

Qeyd edək ki, hər iki formanı "Adidas" hazırlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.