İdman

"Yuventus"la "Tottenhem"in ilk dueli, "Bazel" möcüzə axtarışında

13 Fevral 2018 22:28
4 Şərh     Baxış: 828

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı "Yuventus" Premyer Liqanın iddialı komandalarından "Tottenhem"i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. "Tottenhem" isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb.

"Yuve"nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədə üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlar. Həmçinin Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidi eyni səbəbdən komandadan ayrı qalacaqlar.

Digər qarşılaşmada isə "Bazel" Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti"ni qəbul edəcək. "Şəhərlilər"in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. "Bazel"in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

23:45. "Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

23:45. "Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ALLAH AŞİQİ · 13 Fevral 22:2901

    Kül başıvıza

    Cavab yaz
  • Anonim
    MESSİ · 13 Fevral 22:3001

    Yuve 2-2totenhem Bazel 1-6 manc.yu

    Cavab yaz
    • Anonim
      Yağmur · 14 Fevral 06:5500

      Totehemləm Yuventus 2-2,Juventus niyə qazanmırdı! ,

      Cavab yaz
  • Anonim
    Barcelona 2 · 14 Fevral 00:2500

    Saat 00:23 hesab JUVENTUS 2 1 TOTTENHAM BASEL 0 3 MANCHESTER CITY

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.