İdman

Çempionlar liqası möhtəşəm döndü: 2 oyunda 8 qol! - VİDEO - FOTO

14 Fevral 2018 07:36
0 Şərh     Baxış: 3 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk iki oyunu keçirilib.

ÇL-in son finalçısı "Yuventus" Premyer Liqanın iddialı komandalarından "Tottenhem"i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb. 

Digər qarşılaşmada isə "Bazel" Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti"ni qəbul edib. "Şəhərlilər" səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:2

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

"Yuventus": Buffon, De Şilio, Benatio, Kyellini, Aleks Sandro, Pyaniç, Xedira, Bernardeski, Duqlas Kosta, Mancukiç, İquayn

"Tottenhem": Lloris, Orye, Sançez, Vertongen, Devis, Dembele, Dayer, Lamela, Eriksen, Delle Alli, Keyn

"Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

"Bazel": Vaslik, Lakrua, Fray, Ştoker, Suxi, Oberlin, Sere Di, Elyunussi, Riveros, Caka

"Mançester Siti": Ederson, Uolker, Kompani, Otamendi, Delf, Fernandinyo, İlkay, De Brün, Sterlinq, Bernard Silva, Aquero

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:2

"Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə) - 0:4

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.