İdman

"Bakı da "Formula-1"dən böyük fayda görüb"

13 Fevral 2018 20:45
1 Şərh     Baxış: 281

"Hazırda "Formula-1" üzrə dünya Qran-prisi 503 milyon azarkeşi əhatə edir". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunan konfransdakı çıxışında deyib. 

O bildirib ki, azarkeşlərin sayı Avropada çoxluq təşkil etsə də, şirkət digər qitələrə də nüfuz etməyi planlaşdırır: "Getdikcə azarkeş sayında artım müşahidə olunmaqdadır. Yarış ev sahibi ölkə üçün böyük tanıtım imkanıdır. Bakı da "Formula-1"dən böyük fayda görüb. Normalda idman yarışına gələn insanlar ölkədə başqa yerləri də ziyarət edirlər. Üç gün ərzində yarışla bərabər yerli mədəniyyətlə də tanış olurlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .... · 13 Fevral 21:1100

    xeylax pul qazandiq bunun sayesinde maaslarimiz qalxdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.