İdman

Eden Hazard "Çelsi"nin əfsanələrinə yaxınlaşır

13 Fevral 2018 20:55
1 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 27-ci tura "Çelsi" - "Vest Bromviç Albion" qarşılaşması ilə yekun vurulub. Oyun "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunda dubla imza atan Eden Hazard Liqada 7-ci dəfə "Vest Bromviç"i məyus edib. Belçikalı yarımmüdafiəçi Premyer Liqada "Çelsi"nin 105 qolunda pay sahibi olub - 68 qol, 37 məhsuldar ötürmə.

Bu baxımdan Hazardı yalnız Didye Droqba (159) və Frenk Lempard (237) qabaqlayır.

Qeyd edək ki, Antonio Konte məşqçi kimi çempionatda 4-cü dəfə Albion klubu ilə qarşılaşıb. Bu oyunların hamısında qalib gələn "Çelsi" qapısını toxunulmaz saxlayıb. Ümumiyyətlə "Vest Bromviç" sonuncu dəfə londonluları səfərdə 1983-cü ilin noyabrında keçirilmiş Liqa Kubokunda 1-0 məğlub edib. Həmin vaxtdan bütün turnirlər daxil olmaqla "Stamford Bridge" stadionunda tərəflər arasında 17 oyun baş tutub. bunların 14-də "Çelsi"nin qələbəsi, 3-də isə heç-heçə qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.