İdman

Droqba: "Salahın nəyə qadir olduğunu hamımız bilirdik"

13 Fevral 2018 20:05
0 Şərh     Baxış: 711

Uzun illər "Çelsi"nin şərəfini qorumuş Didye Droqba "Liverpul"un hücumçusu Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran hücumçu bunları deyib:

"O, həmişə yaxşı futbolçu olub. Salahın nəyə qadir olduğunu hamımız bilirdik. Ola bilsin, indi çalışdığı məşqçilər ona daha məsuliyyətli iş tapşırır. Misir milli komandasına nəzər salsaz, Salahın orda ən böyük futbolçu olduğunu görəsiniz. İtaliyada özünü yaxşı tərəfdən göstərirdi. İngiltərə çempionatına gələndən bəri daha da artırıb. O, fantastik oyun göstərir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.