İdman

UEFA nümayəndələri Bakıya gəldi

13 Fevral 2018 16:04
0 Şərh     Baxış: 805

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həftə sonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastruktura baxış keçirəcəklər.

Bu gün BOS-da AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək. Avropanın ikinci səviyyəli turnirinin qalibinin adı mayın 29-da Bakı Olimpiya Stadionunda müəyyənləşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.