İdman

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq?

13 Fevral 2018 14:10
15 Şərh     Baxış: 6 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu axşam Çempionlar Liqasının 1/8 mərhələsində keçiriləcək oyunlar arasında "Yuventus" - "Tottenhem" matçı daha böyük maraq doğurur desək, yanılmarıq.

Milli.Az xəbər verir ki, bunu nəzərə alan atv.az saytı bu oyuna proqnoz vermək üçün iki generala müraciət edib - DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskiyə  və istefada olan hərbi general-mayor, Milli Qəhrəman Fəxrəddin Cabrayılova. Onların proqnozlarını oxucularımıza təqdim edirik.

Emin Şəkinski: "Hesab edirəm ki, bu  ağır qarşılaşmada qapılara çox qol vurulmayacaq və "Yuventus"un doğma azarkeşlərinin gözü önündə oynayacağını nəzərə alaraq, düşünürəm ki, italyanlar qalib gələcək 1:0. İngilislər Buffonun "qapısının qıfılını" sındıra bilməyəcəklər 

Fəxrəddin Cəbrayılov: "Yuventus"  artıq əvvəlki "Yuventus" deyil - bu, danılmaz bir faktdır. "Tottenhem" isə əksinə - hazırda yüksəliş dövrünü yaşayır və onların gözəl bombardiri də var - Harri Keyn. O, italyanların qapısına mütləq yol tapmalıdır!

Hansı generalın proqnozunun daha dəqiq olduğunu isə biz bu gecə biləcəyik. Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 23:45-də başlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.