İdman

Seneqallı futbolçu "Neftçi"yə keçir?

13 Fevral 2018 11:45
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" heyətinə daha bir futbolçu cəlb edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Moskova "Dinamo"su ilə icarə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən Xali Tiam Bakı klubunda oynaya bilər. Xəbərdə bildirilib ki, müqavilə ilə Macarıstan MTK-sına məxsus olan seneqallı hücumçunu xidməti ilə hazırkı klubu maraqlı deyil. Özünə yeni klub axtaran X.Tiamın "Neftçi"də icarə əsasında çıxış edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, 2014-cü ildə MTK-ya keçən Xali Tiam həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da icarə əsasında çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.