İdman

De Bruyne Messini geridə qoydu

13 Fevral 2018 11:28
0 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne məhsuldar ötürmə ilə bağlı göstəricisini bir qədər də yaxşılaşdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Premyer Liqanın XXVII turunda "Lester"lə qarşılaşmada 3 assistlə yadda qalıb.

Bu mövsüm meydana çıxdığı 37 görüşdə 11 qol və 18 məhsuldar ötürməyə imza atan belçikalı 2012-ci ilin avqust ayından bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralamasında liderliyə yüksəlib. Assist sayını 77-yə çatdıran "şəhərlilər"in lideri bununla "Barselona"nın superulduzu Lionel Messini də geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti" - "Lester" oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.

2012-ci ildən bəri ən çox assist edən oyunçular:

1. Kevin De Bruyne ("Mançester Siti") - 77
2. Lionel Messi ("Barselona") - 76
3. Sesk Fabreqas ("Çelsi") - 65
4. Luis Suares ("Barselona") - 64
5. Anxel Di Mariya (PSJ) - 64
6. Dmitri Paye ("Marsel") - 62
7. Məsut Özil ("Arsenal") - 62
8. Koke ("Atletiko") - 57
9. Kriştianu Ronaldo ("Real") - 56
10. Tomas Müller ("Bavariya") - 55

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.