İdman

Argentinalı ulduz bu gün komandasına kömək edə bilməyəcək

13 Fevral 2018 10:45
0 Şərh     Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Paulo Dibala Çempionlar Liqasının 1/8 finalının ilk matçında komandasına kömək edə bilməyəcək.

Milli.Az xəbər verir ki, argentinalı zədədən sonra ilk məşqələrə çıxmağa başlayıb. Lakin Massimiliano Alleqri əsas oyunçularından olan Diabalanı riskə atmaq istəmir. 

Həmçinin "qoca sinyora" Andrea Bardzali, Xuan Kuadrado Blez Matiudi kimi oyunçuların xidmətindən yararlana bilməyəcək.

"Yuventus" və "Tottenhem" arasında görüş 13 fevral 23:45-də başlayacaq.

Qeyd edək ki, bu matçla yanaşı eyni saatda İsveçrədə "Bazel" ingilis nəhəngi "Mançester Siti"ni qəbul edəcək.

Kamil Abbas
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.