İdman

Fransalı futbolçu Mərakeş millisini seçdi

12 Fevral 2018 18:30
0 Şərh     Baxış: 792

"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib. Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Toulouse" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.

Mərakeş millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanandan sonra federasiya komandanı gücləndirə biləcək və ölkə ilə hər hansı əlaqəsi olan futbolçuların axtarışına başlamışdı. Maşeşdən başqa siyahıda daha bir neçə namizədin adı var. Mərakeş mundialın qrup mərhələsində İran, Portuqaliya və İspaniya ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.