İdman

""Yuventus"la münasibətim evlilik kimidir"

12 Fevral 2018 20:45
0 Şərh     Baxış: 416

"Yuventus"un yarımmüdafiəçi Duqlas Kosta UEFA-nın saytına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bir sıra mövzulardan danışıb.

"Yuventus"a keçmək səbəbi

Bu klubda oynamağın mənim üçün nə demək olduğunu sözlərlə ifadə edə bilmirəm. "Yuventus" azarkeşlərinin bu qədər futbol ehtirasını təsəvvür etmirdim. "Bavariya" səviyyəsində komandadan bura keçəndən sonra, xüsusən "qoca senyora"nın formasını daşımaqdan qürur duyuram. "Yuventus" futbol qrandıdır, onunla uğur qazanmaq əladır. Hər kəsə minnətdaram. Turində uzun illər keçirəcəyimə inanlram.

Turin və Münhendə həyatın fərqliliyi

Münhendə hava nəzərəçarpacaq dərəcədə soyuqdur. İtaliyada özümü evdəki kimi hiss edirəm. Bura xoşuma gəlir. Turində br neçə məşhur restoran və şəhər kənarına marşrutlar var. Bu baxımdan İtaliya sadıcı möhtəşəmdir. Ölkəyə alışmışam, hər şeydən razıyam.

Komandada rolu haqqında

Özümü təsvir etmək çətindir. Fikrimcə, digər komanda yoldaşlarım kimi "Yuventus" üçün lazımi keyfiyyətlərə malikəm. Bu, evlilik münasibətləri kimidir. Biz bir-birimizə lazımıq.

Çempionlar Liqasının qrup mərəhləsindəki nəticələr

Komandaya bir sıra yeni futbolçular gəlib. Qarşılıqlı anlaşma yüksəlir. Yaxşı nəticələr göstərmişik. İndi yeni mərhələ başlayır. Çempionlar Liqasının pley-offu qrup mərhələsindən fərqlənir. Artıq riyazi təhlil, düzgün hesab önəmlidir. Bu uğurun açarı olacaq.

"Yuventus"un son 2 finalda məğlubiyyəti

Heç kim 2 dəfə çıxdığı finalda uduzmaq istəməz. "Yuventus" Çempionlar Liqasının qalibi olmağa layiqdir. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.

"Tottenhem"lə oyun haqqında

Rəqib çox güclüdür. Bizi ciddi sınaq gözləyir. "Tottenhem" Çempionlar Liqası və Premyer Liqada əla çıxış edir. Bizi titanlar savaşı gözləyir. Maraqlı qarşıdurma olacaq. Taktiki baxımından ən vacib nə olacaq? Bilsəydim də, deməzdim. Bunun üzərində çalışırıq. Az qol buraxırıq. Buna görə etibarlı müdafiə üçün düzgün yoldayıq.

Avropa nəhənglərinin heyətində oynamaq

Maksimum gücümlə oynamağa və mənə nə qədər məvacib ödənilməsinə fikir verməməyə çalışıram. İşlərim yaxşı gedir. Bu baxımından özümə müstəqillik verəndən sonra işlər öz-özünə qaydasına düşdü.

"Şimşək" (Flash) ləqəbi haqqında

Bəzi dostlarım bunu zarafat kimi işlətmişdi. Sonradan məni belə çağırmağa başladılar. Ümid edirəm, bu xoş zarafat azarkeşlərin ürəyincədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.