İdman

"Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədi" - Ukraynalı mütəxəssis

12 Fevral 2018 14:07
0 Şərh     Baxış: 1 104

Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Mariupol"un baş məşqçisi Aleksandr Babiç deyib. 

Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də "Qarabağ" olub.

Yerli mətbuata açıqlamasında Türkiyə toplanışını dəyərləndirən Babiç Azərbaycan çempionunu xüsusi fərqləndirib: "Müxtəlif üslublarda çıxış edən güclü komandalarla yoxlama görüşləri keçirmək istəyirdik. Yüklənmə fonunda uşaqların gücünü görmək fikrində idim. Bizdə hər şeyin alındığını demək olmaz. Ancaq ümumilikdə toplanışdan və uşaqların bir-biriləri ilə münasibətindən razı qaldım. Komandamın hazırkı durumunu çox yaxşı qiymətləndirirəm. Müdafiə olunmaq baxımından "artırdığımızı" deməliyəm. Uşaqlar bu yöndə tapşırıqlarımı uğurla yerinə yetirdilər. Çox yaxşı klublarla yoxlama görüşləri keçirdik. Məsələn, "Qarabağ" və "Sarayevo" Kiyev "Dinamo"su səviyyəsindədilər. Bu matçlarda gördük ki, düzgün müdafiə olunduğumuz zaman müsbət nəticə qazana bilərik".

Qeyd edək ki, yanvarın 25-də baş tutan "Mariupol" - "Qarabağ" qarşılaşması təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.