İdman

“Barselona”nın qapıçısı “Bavariya”ya keçir?

12 Fevral 2018 14:25
0 Şərh     Baxış: 1 293

"Barselona"nın qapıçısı Yasper Sillessen "Bavariya"nın maraq dairəsinə düşüb.

Mİlli.Az komanda.az-a istinadən xəbər verir ki, Almaniya nəhəngi qapıçının oyununu izləyib. "Bavariya"nın skautları 28 yaşlı Yasperin İspaniya kubokundakı oyununu yüksək qiymətləndiriblər.

Münhen klubunun rəhbərliyi hesab edir ki, qapıçı "Alyans Arena"da yüksək səviyyədə çıxış etmək üçün bütün potensiala sahibdi.

Sillessen 2016-cı ildən "Barselona"da çıxış edir. O, cari mövsümdə La Liqada oyun keçirməyib. Onu almaq istəyən komanda 60 milyon avro ödəməlidi. Qapıçı "Barsa"da ən az məvacib alan futbolçulardan biridi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.