İdman

"Qarabağ" üçün ikiqat yubiley

12 Fevral 2018 12:50
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının XV turunun "Qəbələ" ilə ev oyunu "Qarabağ" üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

Özünün 736-cı matçında sülhlə kifayətlənən "Qarabağ" ən çox heç-heçə edən komandadır. "Göy-qaralar" keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında "Neftçi"dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu 0:0 hesabı ilə başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.