İdman

“Qarabağ” - dünyanın 1 nömrəsi!

12 Fevral 2018 12:41
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bütün milli çempionatlarını əhatə edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müxtəlif göstəricilər üzrə davam edən 10 ən böyük seriyalar arasında Azərbaycan təmsilçiləri də yer alıb.

Öz meydanında keçirdiyi matçlarda 2 və ya daha çox qol buraxmamaqda "Qarabağ" dünyanın 1 nömrəsidi. "Qəbələ" ilə Premyer Liqanın XV turunun görüşdən də seriyasını sürdürən Qurban Qurbanovun yetirmələri 0:0 hesablı bərabərliyə nail olub.

Ağdam klubu son 33 ev oyununda 1-dən çox qol buraxmır. Bu göstəriciyə isə bütün dünya həsəd aparır. "Qarabağ" son turdakı nəticə ilə şəriki olduğu İsrail "Hapoel"ini (Beyer-Şeva) arxada qoyub. Lakin bu gün "Aşdod"la görüşəcək Beyer-Şeva klubu yenidən çempionumuza çata bilər.

Qurbanovun komandasını evdəki çempionat oyununda 1 dəfədən artıq məyus edən sonuncu klub "Sumqayıt" olub. "Gənclik şəhəri" təmsilçisi 2015-ci il dekabrın 16-da meydan sahiblərinin qapısına 2 dəfə yol tapıb - 2:2. Həmin matçdan sonrakı 789 gündə 24 quru oyun keçirən "Qarabağ" yalnız 9 qarşılaşmada qapısında 1 top görüb.

"Qarabağ" kimi "Zirə" və "Kəpəz" də ilk "onluq"larda yer alıblar. Gəncə təmsilçisi evdəki məğlubiyyət sayında 5-ci (7 məğlubiyyət), paytaxt klubu səfər matçlarında 3-dən artıq qol vurulmayan 7-ci (24 oyun) komanda adına şərikdi. Amma bu klubların ikisi də son turda seriyasını artıra bilməyib. Çünki "Kəpəz" səfərdə, "Zirə" evdə oynayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.