İdman

“Qəbələ”yə qayıdan futbolçu problemlə üzləşdi

12 Fevral 2018 12:09
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionatın ilk yarısını icarə əsasında "Zirə"də keçirmiş Yusif Nəbiyev qış fasiləsində müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qaytarılsa da, adı klubun iştirak ərizəsinə salınmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, gənc müdafiəçinin karyerasını hansı komandada davam etdirəcəyi ilə bağlı sual yaradıb.

Məsələ ilə bağlı əməkdaşımızla danışan "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, Nəbiyev "qırmızı-qaralar"ın formasını geyinəcək. O, "Zirə"dən qaytarılan futbolçunun sənəd məsələsində müəyyən problemlərin yarandığını və bu səbəbdən adının PFL-ə təqdim olunan iştirak ərizəsinə daxil edilmədiyini deyib: "Yusif komandamızdan ayrılmayıb, bizdə olacaq. Sadəcə, sənədlərində gecikmə oldu. Buna görə də, hələ adını PFL-ə sifariş etməmişik. Amma məsələ bu həftə ərzində həll olunacaq. Yusifin adını iştirak ərizəmizə əlavə edəcəyik".

Qeyd edək ki, Yusif Nəbiyev çempionatın ilk yarısında "Zirə"nin heyətində 7 oyun keçirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.