İdman

Jezniçak və Hüseynova “qırmızı işıq”

12 Fevral 2018 10:15
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Yakub Jezniçak ("Qarabağ") və Vurğun Hüseynov ("Sumqayıt") növbəti turu buraxacaq.

Buna hər iki oyunçunun mövsümdə 4-cü sarı vərəqəni alması səbəb olub. "Qarabağ"ın polşalı müdafiəçisi "Qəbələ" ilə ev görüşündə xəbərdarlıq alıb. 4-cü dəfə cəzalanması onun XVI turun "Səbail"lə matçına "istirahət" qazanması ilə nəticələnib.

"Sumqayıt"ın kapitanı isə "Zirə" ilə qarşılaşmada 4-ə çatıb. Müdafiəçi "Neftçi" ilə növbəti turun vacib qarşılaşmasını buraxmalı olacaq.

Qeyd edək ki, XVI turun oyunları fevralın 17-18-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.