İdman

Böyükağa Hacıyevin daha iki gün xəstəxanada qalacaq - YENİLƏNİB

12 Fevral 2018 12:15
1 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:15

 AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev daha iki gün Mərkəzi Klinik Xəstəxanasında qalacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a komitənin sədri Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, "Neftçi" və "Bakı" komandalarının sabiq baş məşqçinin endokrinoloji problemləri də olduğu üçün həkim nəzarəti altında saxlanılması məqsədəuyğun sayılıb.   

-----------
09:30

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, artıq B.Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stend qoyaraq, vəziyyətində stabillik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək". 

Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.    

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.