İdman

Əvəzedicilərin matçında əsas heyət oyunçularının şousu: 5:3

11 Fevral 2018 23:43
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda 15-ci tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

İlk olaraq "Zirə" ilə "Sumqayıt" qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər 1 xala qane olublar.

Daha sonra isə "Qarabağ" - "Qəbələ" dueli baş tutub. 8 qolun vurulduğu qarşılaşmada ağdamlılar 5:3 hesablı qələbəyə seviniblər.

Maraqlıdı ki, hər iki klubun heyətində əsas komandanın oyunçuları da meydana çıxıblar və qola imza atıblar. Belə ki, "Qarabağ"ın qollarından birini Ramil Şeydayev, ikisini isə Ağabala Ramazanov vurubsa, "Qəbələ"nin heyətində Elvin Məmmədov dubla imza atıb.

Qeyd edək ki, "Qəbələ" turnir cədvəlinin lideri, "Qarabağ" isə 6-cı pillədə qərarlaşıb.

Əvəzedicilərin çempionatı
XV tur
11 fevral

"Zirə" - "Sumqayıt" 1:1
Qollar: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82

"Qarabağ" - "Qəbələ" 5:3
Qollar: Ramil Şeydayev, 21, Ağabala Ramazanov, 34, 45, Salman Cəfərov, 47, Famil Camalov, 61 - Kamran Quliyev, 38, Elvin Məmmədov, 85, 87

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.